Bakıda güclü yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda güclü yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Bakıda qeydə alınan güclü yanğın söndürülüb.

Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, yanğın “Oazis” restoranı yaxınlığındakı ərazidə qeydə alınıb. Sökülməkdə olan restoranın ərazisində 30 m² sahədə taxta tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11:50

Paytaxtda güclü yanğın başlayıb.

Bakucity.az xəbər verir ki,  yanğın Binəqədi rayonunda Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində qeydə alınıb.

Sakinlərin verdiyi məlumata görə, yanğın bir qədər əvvəl başlayıb.

Adıçəkilən küçələrin ərazisində baş verən yanğının səbəbi hələlik məlum deyil. (Trend.az)

Bakıda güclü yanğın - YENİLƏNİB + FOTO/VİDEO, fotoşəkil-1

Bakucity.az

Bakı yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər