• Ana səhifə
  • Sinoptiklər Bakıda 27 dərəcə isti vəd edirlər
12:52, 4 oktyabr 2019

Sinoptiklər Bakıda 27 dərəcə isti vəd edirlər

Sinoptiklər Bakıda 27 dərəcə isti vəd edirlər

Oktyabrın 5-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən xəbərə görə, axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. 

Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Bakucity.az

#Bakı #hava

Şərhlər

Elan
live comments feed...