Bakıda gəlin qayınanasının qızıllarını oğurladı

Bakıda gəlin qayınanasının qızıllarını oğurladı

Bakıda gəlin evdən 6000 manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Bu barədə Bakuсity.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunur ki, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və ev sahibinin oğurluğu törətməkdə şübhəli bilinən gəlini saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı gəlin oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər