Bakıda ağır qəza - ölən var

Bakıda ağır qəza - ölən var, Seymur

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakucity.az-a verilən məlumata görə, oktyabrın 3-də saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində qəsəbə sakini Yengibar Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər