Bakıda parkinqə verdiyimiz pullar hara gedir? - VİDEO

“Masterclass Azerbaijan” layihəsinin rəhbəri Raqif Raufoğlu paytaxtın Ənvər Qasımzadə küçəsində maraqlı bir eksperiment həyata keçirib.

Bakucity.az xəbər verir ki, o, sözügedən küçədə parklanma işarəsi olduğu halda, bir saat ərzində əraziyə “parkovşik” kimi nəzarət verib və yığılan pulların hara getməsini araşdırıb. 

Maraqlıdır ki, aparıcının orada olduğu müddətdə kimsə ona yaxınlaşaraq küçədə nə etdiyini soruşmayıb. Beləliklə, bununla da aparıcı qanuni parklanma işarəsi olduğu halda “parkovşik” lərə nəzarət edilmədiyini və sürücülərin də onlara pul verən zaman kim olduqlarını soruşmaması qənaətinə gəlib. 

“Ortalama gün ərzində ərazidən 30 manat qazanmaq olar. Ancaq biz günün pik saatı olmadığından yalnız bir saat vəziyyəti müşahidə etdik. Bu zaman ərzində də sürücülərdən biri kim olduğumu soruşmadan mənə 1 manat pul verdi”-deyə R. Raufoğlu bildirib.

Bakucity.az

Bakı parkinq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
218 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Oktyabrın 13-də  Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Bakucity.az-a bildirilib ki, gündüz, əsasən, yağmursuz keçəcək.  Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° ist...
Kriminal
Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb. C.Maarifzadə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bakucity.az
Cəmiyyət
Rusiyanın Rostov şəhərinin “Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq. Bakucity.az “Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, “AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. “Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa u...
Hadisələr
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub. Bakucity.az xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat daxil olub ki, 1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb. Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. E.Sadıqovun meyiti daxili m...
Cəmiyyət
Yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır. Bakucity.az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə üç qəza qeydə alınıb.  Hər üç qəza demək olar ki, eyni ərazidə baş verib. Aeroport yolu...
Biznes
Bahalaşma əsasən paytaxtın mərkəzi küçələrində müşahidə olunur. Bakıda ilkin mənzil bazarında sentyabr ayı ərzində 0,26 faiz bahalaşma olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,32 faiz artım deməkdir. Bu barədə Bakucity.az-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. “Bahalaşma Bakıda əsasən 1, 5, 6.2, 6.3, 10.3-cü zonalarda müşahidə olunur. Yeni tikililərdə birotaqlı mənzillərin qiymətində 3,5 faiz, 4 otaqqlı mənzil...
Cəmiyyət
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində gənc qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Mirzəyeva Mədinə İmran qızı oktyabrın 8-də evdən çıxaraq hazırlıq kursuna gedib və bir daha geri qayıtmayıb. M.Mirəzyevanın atası hadisə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı beş nəfər xəsarət alıb.   Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki yaşlı Şəbiyeva Əsma Aydın qızı, dörd yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də, 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimo...
Hadisələr
Bakının Binəqədi rayonunda 11 yaşlı uşaq itkin düşüb. Bakucity.az Oxu.Az-a istinadən məlumat verir ki, oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1-də yaşayan 2008-ci il təvəllüdlü F.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az