Bakıda “Heyvanların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş konfrans keçirilib – FOTO

“Vətənə olan sevgi onun ən zəif canlısına verilən dəyərlə ölçülməlidir”

“Heyvanlara Münasibətdə Sülhə Çağırış” adlı 1-ci mətbuat konfrans “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi və “Yaşıl Patrul” Ekoloji-İctimai Nəzarət Təşkilatı tərəfindən Ümumrespublika Marafonu layihəsi çərçivəsində oktyabrın 4-ü Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) Dəyirmi zalında keçirilib.

Bakucity.az xəbər verir ki, konfransda layihənin rəhbəri, “Alyans” Canlı Aləmin Mühafizəsi İB-in sədri Mənsurə Rəsulzadə, Azərbaycan Respublikasının Təhsil İnstitunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrət, “Modern İnkişaf və Ailə” İB-in sədri Zenfira Quliyeva, İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri Rasim Məmmədov və başqaları çıxış edərək layinənin məqsədi və canlı aləmə münasibəti barədə fikirlərini bölüşüblər.

“Yaşıl Patrul”un vəzifəsi

Tədbiri açan Mənsurə Rəsulzadə, layihə çərçivəsində görüləcək işlər barədə mətbuat nümayəndələrinə və digər qonaqlara məlumat verib:

“Vətənə olan sevgi onun ən zəif canlısına verilən dəyərlə ölçülməlidir. Çünki, ətraf aləmə verilən sevgi və dəyər insana qarşı deyil, əksinə, insanın rifahının yüksəlməsinə yönəlmiş addımdır. Bu baxımdan, layihənin məqsədi cəmiyyətdə hər bir vətəndaşın düşüncəsini bunlara uyğun olaraq formalaşdırmaq, fəlakətə çevrilmə etimalı olan risklərin qarşısını almaq, vaxtında humanistcə nəzarətə götürmək, qayğı göstərmək və harmoniyada yaşamaqdır.

Konfransın məqsədləri isə müasir dünyanın sivil təcrübəsini tətbiq edən, sevgi və xoşməramlığa sövq edən, başqa insanın və istənilən canlının yerində özünü təsəvvür etmə qabiliyyətini inkişaf etdirən, empoti hislərini canlandıran, xeyirxahlığa ruhlandıran fəaliyyəti ilə humanist düşüncəli insanların sayının cəmiyyətdə artmasına kömək edən və canlı aləmə rəhmsiz davranışın və əməllərin qarşısını baş vermədən alan, mövcud bu kimi ekoloji problemləri isə kollektiv şəkildə, ictimai nəzarət formasında aradan qaldıran, həll edən, ümumrespublika üzrə ayrı-ayrı region və ərazilərin hər birinin özünün sakinlərindən ibarər sahə “Yaşıl Patrul” Ekoloji-İctimai Nəzarət təşkilini məqsəd qoyan Marafon Layihə barədə ictimaiyyətə bəyanat verməkdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Yaşıl Patrul” Ekoloji-İctimai Nəzarət Marafonu layihəsinə yandırdığı yaşıl işıq bizi ruhlandırdı. Verilən imkan və göstərilən inamdan çıxış edərək və maksimum təşəbbüs göstərərək vətənimizin ekologiyasının ayrılmaz hissəsi olan canlılar aləminin rifahının yaxşılaşdırılmasına, bu illər ərzinə qazandıığımız dünya təcrübəsindən istifadə etməyi məqsədə uyğun hesab edirik. Eləcə də, qüvvədə olan qanunlarımızdan çıxış edərək, hər kəsin yaşından və tutduğu vəzifəsindən asılı olmayaraq öhtəsinə düşən məsuliyyət və imkanlarından irəli gələrək, güclərimizi birləşdirmək məqsədilə əməkdaşlıq əlaqələrimizə baxılması üçün bu və digər əhəmiyyətli fəaliyyət planlarımızı mətbuat nümayəndələrinin köməyi ilə ictimaiyyətə çatdırmaq istəyirik”.

M. Rəsulzadə bu layihənin uğurla həyata keçirilməsi məqsədilə Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti (layihənin Pilot rayonu), Millət vəkilləri və digər səlahiyyətli şəxslərdən dəstək istəyib:

“Canlı aləmin mühafizəsi sahəsində mövcud problemlərin aradan qaldırmağın yolu, onları yaradan səbəbləri aradan qaldırılmasıdır. Marifləndirmə və təbliğatı artırmaq üçün yerli icra qurumları ilə əməkdaşlığın möhkəmləndiməklə baş verə biləcək belə problemləri azaltmış olarıq”, deyə layihənin rəhbəri bildirib.

“Yaşıl Patrul” Ekoloji-İctimai Nəzarət təşkilatı ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının – Konstitusiyasının 78-ci maddəsində göstərilən “Ətraf mühitin qorunmasının hər bir şəxsin borcu olması” barədə tələbinə (1995-ci il. Müstəqil Azərbaycan Dövlətinin Konstitusiyası), “Ətraf mühitin qorunması ilə bağlı” Azərbaycan Respublikasının Qanununa (18.09.2001), “Ev heyvanlarının ( insanın nəzarətində olan və ya yaşayış yerlərində məskunlaşan) Mühafizəsi haqqında Avropa Konvensiyası”na (30.05.2007), “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununa (30.12.2003), “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (10.12.2002) əsaslanır.

Qeyd edək ki, 1931-ci ildə Florensiyada (İtaliya) ekoloqların beynəlxalq konqresində heyvanların müdafiəsi günü təqvimə daxil edilib. Oktyabrın 4-ü ona görə seçilib ki, bu gündə müqəddəs katolik Fransisko Assizko vəfat edib. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransiskonu heyvan və quşların əhatəsində təsvir ediblər.4 oktyabr milliyyətindən, inancından, dinindən, siyasi baxışından və ya ideologiyasından asılı olmayaraq heyvansevər hər bir kəs tərəfindən qeyd edilir. “Heyvanların Beynəlxalq Müdafiəsi Günü” bütün heyvansevərlərə bir yerə toplaşmaq və xeyirxah işlər görmək üçün gözəl imkan yaradır.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Canlı aləm heyvanlar Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nazir Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də Daxili İşlər Nazirliyində polis orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirərək, Bakı şəhər sakinlərindən müraciət edən 28 vətəndaşla görüşüb. BakuCity.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, general-polkovnik V.Eyvazov onların polisin f...
Ekologiya
Fevralın 16-na gözlənilən hava şəraiti BakuCity.az sabaha olan hava proqnozunu təqdim edir. Fevralın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 1-4° isti, gündüz  7-10° isti, Bakıda  gecə 1-3° isti, gündüz  8-10° isti olacaq. Tibbi-meteoroloji proqnoza ə...
Cəmiyyət
Əsas yoldan istifadə etmək tövsiyə olunub Bakının Heydər Əliyev prospektinin şəhər istiqamətində olan yan yolunda təmir işləri aparılır.  BakuCity.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Qurum sürücülərdən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətinə uyğun prospektin əsas yolundan istifadə etməyi tövsiyə edib.  BakuCity.az
Cəmiyyət
Xətai Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub Xətai RİH-in başçısı Rafiq Quliyev bununla bağlı müvafiq əmrlər imzalayıb. BakuCity.az  Report-a istinadən xəbər verir ki,  rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə Rafiq İsayev təyin olunub. Həmin şöbədə baş məsləhətçi vəzifəsinə isə Mehman Tarverdiyev təyin edilib. Eyni zamanda, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Əliağa Muradov işdən çı...
Cəmiyyət
Azərbaycanda bu şəxslərə icbari tibbi sığorta xidməti pulsuz həyata keçirilir Hazırda Azərbaycanda icbari tibbi sığorta xidməti göstərilən şəxslərin 28 faizi uşaqlardır. BakuCity.az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov Bakıda keçirilən Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli fərdlər” Konqresində çıxışı zamanı deyib. Ş.Eyvazov bildirib ki, y...
Mədəniyyət
Türkiyənin məşhur rok ifaçısı Bakıda ilk dəfə 14 Fevral – Sevgililər Günündə konsert verib BakuCity.az xəbər verir ki, konsertdən öncə jurnalistlərin suallarına cavab verən məşhur rok ifaçısı Teoman 14 fevralın onun üçün önəmli olmadığını deyib: “Əslində, Yeni il, Sevgililər günü və sairə kimi qeyd edilən özəl günlərin mənim üçün heç bir önəmi yoxdur.  Sadəcə dinləyicilərim üçün önəmlidir deyə bu günlərdə daha gözəl konsertlər verirəm. Bu gün də verəcəyimi...
Cəmiyyət
İntiharın qarşısı Post Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb.  Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd göstərən şəxsləri xilas edib.  BakuCity.az APA-ya istinadən xəbər verir ki, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə...
Kriminal
Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb Pirallahı RPŞ Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb. BakuCity.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya məlumat verilib. Əməliyyat zamanı saxlanılan, əvvəllər CM-nin 177-ci maddəsi ilə məh...
Mədəniyyət
Stilist Vadim Qalaqanov yaxın vaxtlarda dövri mətbuatda da işləyəcək Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov Rusiyada yeni "Elle Man" nəşrinə rəhbərlik edəcək. BakuCity.az "Sputnik"ə istinadən xəbər verir ki, Nəşr ayda bir dəfə dərc olunan "GQ" jurnalına rəqib olacaq. Stilist Sputnik Azərbaycan-a bildirib ki, bu layihənin təsisçisi məşhur rəssam və jurnalist Aleksandr Şurenkovdur. Jurnal ayda iki və ya dörd dəfə dərc olunacaq. Jurnalı...