Milli Şuranın Bakıda təyin etdiyi piketin təşkilatçılarına xəbərdarlıq

Oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri – İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib.

Bu barədə Bakucity.az-a Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

“Sərbəst toplaşmaq haqqında” qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcəkdir.

Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.

Bakucity.az

Bakı piket xəbərdarlıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Heyvanlara da toxunmayın Səhiyyə Nazirliyi koronavirusdan qorunmağın yollarını açıqlayıb. BakuCity.az-ın məlumatına görə, nazirliyin bununla bağlı hazırladığı videoda qeyd olunur ki, yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra əlləri ilıq su və sabunla ən azı 20 saniyə yumaq lazımdır. Bildirilir ki, yaxınlıqda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmaq, özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə də...
Cəmiyyət
Bakıdan İzmirə ilk uçuş martın 11-də həyata keçiriləcək Bu il martın 10-dan etibarən Türkiyənin "Pegasus Airlines" aviaşirkəti İzmirdən Bakıya birbaşa sərnişin aviareysi üzrə uçuşlara başlayacaq. BakuCity.az-ın məlumatına görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından "APA-Economics"ə bildirilib. İzmir-Bakı-İzmir aviareysi üzrə uçuşlar həftədə iki dəfə – III və V günləri saat 03:55-də yerinə yetiriləcək. Bakıdan İzmirə ilk uçuş martın 11-də həyat...
Hadisələr
Maqnitudası 4.6 olub Xəzər dənizində zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BakuCity.az-a verilən məlumata görə, zəlzələ saat 11:52-də Nardaran stansiyasından 112 km şimal-şərqdə dənizdə qeydə alınıb. Zəlzələnin maqnitudası 4.6, dərinliyi 60 km olub. BakuCity.az
Ekologiya
12 dərəcə isti olacaq Bakıda fevralın 27-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyi...
Ekologiya
Dağlıq ərazilərdə qar yağıb Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata əsasən, fevralın 25-də ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib. Küləyin sürəti Gəncə, Naftalanda 35, Zərdabda 34, Tərtər, Bərdədə 32, Neftçala, Mingəçevirdə 30, Göyçay, Ağdamda 28, D...
Hakimiyyət
Rəsmilər “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyublar Bu gün Bakıda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilir. BakuCity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər “Ana harayı” abidəsinin önünə əklil və gül dəstələri qoyublar. Mərasimə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov da qatılıb. O, Prezident İlham Əliyevlə, həmçinin Mehriban Əliyeva ilə...
Cəmiyyət
Bağçalara nəzarəti də öz üzərinə götürübmüş Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində aparılan əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini, deputatlığa namizəd olmuş Gültəkin Sadıqova vəzifəsindən rəsmən azad edilib. BakuCity.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Neftçala Rayon İcra Hakimiyyətinin Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Burcalı Ağayev...
Cəmiyyət
Təbii metereoloji hadisədir Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb. BakuCity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii metereoloji hadisədir. O qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması d...
Cəmiyyət
İşlər ilin sonuna kimi yekunlaşacaq Abşeron ərazisində "Stansiya Sumqayıt" adlanan yerdə məcburi köçkünlər üçün yaşayış binalarının tikintisi davam edir. BakuCity.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, işlərin ilin sonuna kimi yekunlaşdırılacağı gözlənilir: "Cənab Prezident 7000-dən çox ailə üçün nəzərdə...