Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu

Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu, Seymur

Paytaxtın Binəqədi rayonunda Avtovağzal metrostansiyası yaxınlığında qətl hadisəsi qeydə alınıb.

Bakucity.az APA-ya istinadən xəbər verir ki, Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. 

L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqəldi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı qətl ər arvad
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər