Bakıda ağır yol qəzası baş verdi

Bakıda ağır yol qəzası baş verdi, Arzu

11 nəfərin xəsarət alıb

Bakucity.az-ın xəbərinə görə, hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.

Hadisə yerinə Təcili Tibbi yardım briqadası cəlb olunub. Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 11 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. 

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib: "İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur". (Report.az)

yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər