Bakı məktəblərində maarifləndirici seminarlar keçirilir - FOTO

Bakı məktəblərində maarifləndirici seminarlar keçirilir - FOTO

Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici seminarlara start verilib. 

Bakucity.az xəbər verir ki, təlimdə Dəstək Mərkəzi tərəfindən keçirilən seminarlarda məktəblərin pedaqoji kollektivi, Vll-Xl sinif şagirdləri və valideynlər iştirak edirlər.

Seminarlar “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri”, “Valideyn-övlad münasibətləri”, “Valideyn məktəb əməkdaşlığı”, “Fərdi yanaşma müəllim-şagird münasibətlərində başlıca prinsip kimi” mövzularına həsr olunur.

Seminar çərçivəsində şagirdlərə hədəfi düzgün təyin etmək, məqsədə çatmaq, özünə inamı artırmaq, həyəcanı dəf etmək, özünənəzarəti və özünütərbiyəni gücləndirmək kimi məsələlərə toxunulur. Yeniyetməlik dövrünün çətinlikləri mövzusunda seminar iştirakçıları ilə fikir mübadiləsi aparılır, müvafiq tövsiyələr verilir.

Şagirdlərin öz məqsədlərinə çatmaları üçün nə qədər iddialı olduqlarını yoxlamaq, o cümlədən sinifdə komanda ruhunun səviyyəsini müəyyənləşdirmək məqsədilə şagirdlər arasında müxtəlif oyunlar da keçirilir. Həmçinin peşə seçimi ilə bağlı məktəblilərlə söhbət aparılır.

Valideynlər ilə keçirilən seminarlarda isə uşaqların erkən inkişaf dövründə aldıqları psixoloji travmaların onların növbəti  yaş böhranlarında müxtəlif pozuntulara səbəb olma riskinin artması ilə bağlı maarifləndirici söhbətlər aparılır. Həmçinin görüşlərdə valideyn və şagirdləri maraqlandıran suallara aydınlıq gətirilir.

Seminarların tədris ili ərzində davam etdirilməsi nəzərdə tutulur.

Bakı məktəblərində maarifləndirici seminarlar keçirilir - FOTO, fotoşəkil-1 Bakı məktəblərində maarifləndirici seminarlar keçirilir - FOTO, fotoşəkil-2 Bakı məktəblərində maarifləndirici seminarlar keçirilir - FOTO, fotoşəkil-3

Bakucity.az

Təlim təhsil Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər