Bakıda qanunsuz ağac kəsilməsi qeydə alınıb

Bakıda qanunsuz ağac kəsilməsi qeydə alınıb

Ağac kəsən şirkət cəzalanıb

Nərimanov rayonu Mayakovski küçəsi, Montin bazarının yaxınlığında ağacların  kəsilməsi faktı ETSN-nin əməkdaşları tərəfindən bu ilin avqust ayında aşkar edilib və qanunamüvafiq tədbir görülüb.

Bunu Bakucity.az-a ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib:

"Sözügedən ünvanda qəzalı vəziyyətdə olan  yataqxana binasının söküntüsü zamanı bir neçə ağac  icraçı şirkət RR CONSTRUVTİON MMC tərəfindən kəsilib. Faktla bağlı akt, protokol tərtib olunub, MMC hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunub".

Qeyd edək ki, dünən mətbuatda Nərimanov rayonu, Mayakovski küçəsində ağacların kəsilməsi və tədbir görülməməsi barədə məlumat getmişdi.

Bakucity.az

Bakı ağac kəsimi qanunsuz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər