Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO

Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, Seymur

“Digital Youth Hub” rəqəmsal sahəyə həvəsi, qabiliyyəti və potensialı olan gəncləri birləşdirən, yetişdirən, sınaqdan keçirən və istiqamətləndirən proqramdır. 

Bakucity.az xəbər verir ki, layihə gənclərin rəqəmsal marketinq sahəsində dövlət və özəl qurumların tələblərinə uyğun şəkildə yetişdirilməsini və əmək bazarına qazandırılmasını qarşıya məqsəd olaraq qoyub.

Layihənin keçirilməsi üçün əsas istinad nöqtəsi cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunan gənclərin məşğulluğu siyasəti istiqamətindəki qərarlardır. 

Buna əsaslanaraq dövlət tərəfindən dəstəklənən və onun gənclər siyasətini həyata keçirən qurumların maliyyəsi hesabına təşkil olunacaq layihənin keçirilməsi olduqca önəmlidir. 

Layihə Azərbaycan Respublikasının Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

Layihədə iştirak üçün 500-dən artıq müraciət daxil olmuş və onlar arasından 150 potensiallı gənc seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunmuşdur. Daha sonra onlar arasından seçilən iddialı 80 nəfər gənc müsahibənin ikinci turunda iştirak edərək layihədə iştirak üçün bacarıqlarını bir daha nümayiş etdirmişdir. Nəticədə müraciətlər arasından seçilən 54 nəfər gənc üç ay ərzində nəzəri və praktiki cəhətdən rəqəmsal marketinqin sirlərinə yiyələnəcəkdir.

Layihənin nəzəri hissəsində öz sahəsinin peşəkarı olan təlimçilər tərəfindən 20 təlim keçiriləcəkdir. 

Daha sonra isə iştirakçılar dövlət və özəl qurumlarda iki həftə təcrübə prosesində iştirak edərək əldə etmiş olduqları nəzəri bilikləri real iş mühitində görəcək və prosesin birbaşa iştirakçısına çevriləcəklər. 

Sonda iştirakçılar layihəni uğurla başa vurmaq üçün iştirak edəcəkləri komandaları ilə birlikdə kampaniya hazırlayaraq təqdim edəcəklər. Beləliklə, prosesi bütün mərhələləri ilə yaşayan və komanda işində iştirak edən iştirakçılar əmək bazarında dövlət və özəl qurumların tələblərinə cavab verəcək bacarıqlar əldə edəcək, eləcə də özlərini inkişaf etdirməyin yollarını kəşf etmiş olacaqlar.

Qeyd edək ki, layihənin açılışı iştirakçılar və təlimçilərin tanışlığı, layihənin təqdimatı və müzakirələrin fonunda baş tutmuş, tərəfləri qarşıda gözləyən məsələlərə bir daha aydınlıq gətirilib.

Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-1 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-2 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-3 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-4 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-5 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-6 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-7 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-8 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-9 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-10 Bakıda “Digital Youth Hub” layihəsi təqdim olunub - FOTO, fotoşəkil-11

Bakucity.az

Bakı layihə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az
Cəmiyyət
Bu gün nə baş verəcək? “Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşü düşünmürəm ki, hansısa nəticə verəcək. Çünki nəticənin olması üçün Ermənistan tərəfi Azərbaycanın ortaya qoyduğu şərtlərə tam şəkildə əməl etməlidir”. BakuCity.az xəbər verir ki, bu sözləri politoloq Tofiq Abbasov bu gün baş tutacaq Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Cenevrə görüşünü şərh edərkən deyib. O bildirib ki, Ermənistan mövqeyini dəyişməyəcəyi təqdirdə danışı...
Cəmiyyət
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var. BakuCity.az
Cəmiyyət
Ermənistanın Bərdəyə kasetli raketlərlə hücum etdiyini “Human Rights Watch” təşkilatı da təstiqləyib. Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib. BakuCity.az xəbər verir ki, təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəl...
Cəmiyyət
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bu barədə BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək. BakuCity.az
Cəmiyyət
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb. BakuCity.az xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb. Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib: “Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda ş...