Bakıda güclü küləklə bağlı xəbərdarlıq edildi

Bakıda güclü küləklə bağlı xəbərdarlıq edildi, Seymur

Xəzər Dəniz Akvatoriyasında oktyabrın 7-si səhər saat 9:00-dan axşam saat 21:00 – dək şimal-qərb, şimal küləyinin sürəti 13 – 18 metr saniyə, arabir 20 – 23 metr saniyə olacaq.

Sonrakı inkişafda küləyin sürəti isə 25 – 30 metr saniyəyədək güclənəcək. Dalğanın hündürlüyü 2,5 – 3,5 metr, sonrakı inkişafda 3,5 – 5,5 metr olacaq. Axşama doğru küləyin sürətinin azalacağı gözlənilir.

Bakucity.az-a daxil olan məlumata görə,  bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Dövlər Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan xəbərdarlıqda bildirilir.

Hava proqnozu Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə daxil olan andan etibarən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb. Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin ərazisində lövbərdə duran və hərəkətdə olan gəmilərə NAVTEX və digər rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb, müvafiq təlimatlar verilib. 

Gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin edilib. Növbə çəkmə ərazilərində növbə çəkən gəmilərin hərəkətində problem yaşanmayıb. Bununla yanaşı dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar hava xəbərdarlığı ilə bağlı məlumatlandırlıb. Azərbaycanın sahilboyu ərazilərində son naviqasiya və rabitə stansiyaları tam gücü ilə işləyir.

Bu müddət ərzində heç bir problem və çətinlik yaşanmayıb.

Bakucity.az

Bakı külək dalğalar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər