Səhər tezdən başlayan güclü külək nəticəsində paytaxtda 12 ağac aşıb.
Bakucity.az xəbər verir ki, bunu Oxu.Az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.
Orxan Məmmədov bildirib ki, 20-dən çox ağacın isə budaqları sınıb:
“Hadisələr Nərimanov, Yasamal, Səbail, Nəsimi, Binəqədi, Xətai və Nizami rayonlarında baş verib”.