Bakı metrosunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Bakucity.az-ın xəbərinə görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
İnsident şənbə günü “28 may” metrostansiyasında baş verib.
Paytaxt sakini 1999-cu il təvəllüdlü Həzrətəli Şükürov qarın və boyun nahiyəsindən bıçaq zərbələri alıb.
Polis işçilərinin keçridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini 1996-cı il təvəllüdlü Nizami Axundov saxlanılıb.
İlkin dindirilmə zamanı o bildirib ki, sərnişinə qadına yer vermədiyi üçün əsəbiləşib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bakucity.az