“Binə”də güclü yanğın – Xəsarət alanlar var - VİDEO

“Binə”də güclü yanğın – Xəsarət alanlar var - VİDEO

Ötən gecə, saat 00:41 radələrində “Binə” Ticarət Mərkəzində yanğın baş verib.

Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.

Saat 02:22-də yanğın məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, hadisə zamanı dörd nəfər tüstüdən zəhərlənib.

Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə KTM-in toksikologiya şöbəsinə çatdırılıb.

Bakucity.az

Bakı Binə yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər