Bakıda dəhşətli ölüm: piyada maşının altında qaldı - VİDEO

Bakıda dəhşətli ölüm: piyada maşının altında qaldı - VİDEO

Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Tbilisi prospektində qeydə alınıb.

Qəza zamanı Xaqani Səfərov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə yüksək sürətli hərəkət zolağında olarkən yola anidən təxminən, 50-55 yaşlı kişi çıxıb.

Sürücü piyadanı vurmamaq üçün avtomobili yayındırmağa çalışsa da, kişi avtomobilin altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisənin təfərrüatı üzrə araşdırma aparılır.

Bakucity.az

Bakı piyada ölüm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər