Bakıda bu binaların sakinləri köçürüləcək - SİYAHI

Köçürülmə prosesi niyə tamamlanmır?

Bakıda “xruşovka” və fransız layihəli tikililərin sökülməsi davam edir, lakin şəhərdə onlardan daha qədim və daha təhlükəli vəziyyətdə olan binalar da var. 

Paytaxtda qəzalı vəziyyətdə olan tikililərdən biri də Səbail rayonu, Arif İsmayılov küçəsi, 6-cı mədən ərazisində yerləşən və bir əsrdən çox yaşı olan binadır ki, sakinlərin buradan köçürülməsi hələ də yekunlaşmayıb. 

Bakucity.az məsələyə aydınlıq gətirmək üçün Səbail Rayon İcra Hakimiyyətinə müraciət edib. 

Səbail RİH-dən verilən məlumatda bildirilib ki, Arif İsmayılov 51 ünvanında yerləşən bina vaxtı ilə yataqxana olub. Səbail RİH-nin müraciəti ilə Nazirlər Kabineti tərəfindən qəbul olunan qərara əsasən buranın bina sakinlərinin köçürülməsinə başlanılıb:

“Yataqxanada yaşayan 30 ailədən 26-sı nə Səbayıl rayonunda qeydiyyatda deyil, nə də mülkiyyət sənədləri var. Buna baxmayaraq, Nazirlər Kabineti sakinlərə maddi yardım vəsaiti ayıraraq köçürülmələrini həyata keçirir.  Hazırda binada  köçürülmə işləri yekunlaşmaq üzrədir. Ola bilsin ki, yaxın günlərdə sonuncu sakin binadan çıxdıqdan sonra bina tamamilə sökülsün”.

Sakinlərin köçürülmə ilə bağlı müraciət etdikləridaha bir bina 2-ci mədən ərazisində yerləşir. Hazırdaburada  köçürülmə prosesi getmir. 

Səbail RİH-dən bildiriblər ki, bu ərazi “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisidir:

“Vaxtı ilə vətəndaşlar burada da qeyri-qanuni tikinti işləri apararaq yaşamağa başlayıblar. Burada 2011/2012-ci illərdə Su İdmanı Sarayının tikintisi ilə bağlı köçürülmə olub. Hazırda isə heç bir köçürülmə prosesi getmir”.

 Qəzalı vəziyyətində olan binalardan biri də Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli  binadır.

Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşüb:

“Vaxtı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanmışdır. Həmin ildə binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər qaçqın və məcburi köçkünlər tətəfindən zəbt olunmuşdur. 

Son illərdə binada vəziyyət daha da pisləşmiş, 2011 və 2017-ci illərdə  Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunmuşdur. 

Hazırda binadan sakinlərin müvafiq qaydada maddi yardım verilməsi ilə köçürülməsi işləri davam edir. Burada məskunlaşmış məcburi köçkün ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən ayrılan hazır mənzillərə yerləşdiriliblər". 

Nazirlər Kabinetinin qərarına əsasən paytaxtda köçürülməsi nəzərdə tutulan digər bina və mənzillər:

1. Bakı şəhəri,  Binəqədi rayonu, 8-ci mkr., Ağasadıq Gəraybəyli küçəsi, 41

2. Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53A

3. Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 150

4. Bakı şəhəri, Səbail ray. 20-ci sahə, A.İsmayılov küçəsi, 51

5. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6

6. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27

7. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Rəsulzadə dalan 3, ev 2

8. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, B.Bünyatov küçəsi, 7A

9. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəsəbəsi, 2 Aprel küçəsi, ev 8A

10. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi 2 Aprel küçəsi, 18

11. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi D.Pişəvari küçəsi, 13Q

12. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi D.Pişəvari küçəsi, 15

13. Bakı şəhəri, Suraxanı rayonu, Park küçəsi, 32

14. Bakı şəhəri, Suraxanı rayonu, S.Bəhlulzadə döngəsi, 17 ev 15

15. Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov küçəsi 6

16. Bakı şəhəri, Suraxanı rayonu, İ. Məmmədov küçəsi 8

17. Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 42.

Qeyd edək ki, qəzalı binaların köçürülməsi Nazirlər Kabinetinin qərarı ilə rayon icra hakimiyyətləri tərəfindən həyata keçirilir. BŞİH-i prosesə ümumi nəzarət edir

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı qəzalı bina sakinlər köçürüləcək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1685 baxış oktyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Oktyabrın 13-də  Bakıda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan Bakucity.az-a bildirilib ki, gündüz, əsasən, yağmursuz keçəcək.  Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° ist...
Kriminal
Paytaxtın Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Bakucity.az Report-a istinadən xəbər verir ki, 24 yaşlı Cəlal Maarifzadə qonşusu və həmyaşıdı Rəhman İsmayılov tərəfindən bıçaqlanıb. C.Maarifzadə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Bakucity.az
Cəmiyyət
Rusiyanın Rostov şəhərinin “Platov” beynəlxalq aeroportundan yaxın vaxtlarda Bakı, Tel-Əviv, Pattaya və Qoaya birbaşa sərnişin aviareysləri açılacaq. Bakucity.az “Platov” aeroportunun yaydığı məlumata istinadən xəbər verir ki, “AzurAir” aviaşirkəti oktyabrın 30-dan etibarən Rostov-Pattaya, noyabrın 5-dən isə Rostov-Qoa marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. “Azimut” aviaşirkəti isə dekabrın 1-dən Rostovdan Tel-Əvivə, dekabrın 2-dən isə Bakıya birbaşa u...
Hadisələr
Bakıda 45 yaşlı kişi hamamda çimərkən dəm qazından boğulub. Bakucity.az xəbər verir ki, hadisə bu gecə 01:30-da Binəqədi rayonunda qeydə alınıb. Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat daxil olub ki, 1974-cü il təvəllüdlü Elçin Məcnun oğlu Sadıqov kirayə yaşadığı Y.Hüseynov küçəsi ev 9 ünvanının hamam otağında dəm qazından zəhərlənib və ölüb. Daxil olan məlumata əsasında hadisə yerinə və meyitə baxış keçirilib. E.Sadıqovun meyiti daxili m...
Cəmiyyət
Yağışlı havalarda sürücülərə avtomobil idarə edərkən son dərəcə ehtiyatlı olmaları tövsiyə edilir. Buna səbəb isə yolların həddindən artıq sürüşkən olmasıdır. Bir çox hallarda sürücülər adi hava ilə yağışlı hava arasında fərq qoymadan avtomobil idarə edirlər. Bu da acı nəticələrə gətirib çıxarır. Bakucity.az xəbər verir ki, avtosfer.az-ın təqdim etdiyi videogörüntülərdə üç qəza qeydə alınıb.  Hər üç qəza demək olar ki, eyni ərazidə baş verib. Aeroport yolu...
Biznes
Bahalaşma əsasən paytaxtın mərkəzi küçələrində müşahidə olunur. Bakıda ilkin mənzil bazarında sentyabr ayı ərzində 0,26 faiz bahalaşma olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,32 faiz artım deməkdir. Bu barədə Bakucity.az-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. “Bahalaşma Bakıda əsasən 1, 5, 6.2, 6.3, 10.3-cü zonalarda müşahidə olunur. Yeni tikililərdə birotaqlı mənzillərin qiymətində 3,5 faiz, 4 otaqqlı mənzil...
Cəmiyyət
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində gənc qız itkin düşüb. Bakucity.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Mirzəyeva Mədinə İmran qızı oktyabrın 8-də evdən çıxaraq hazırlıq kursuna gedib və bir daha geri qayıtmayıb. M.Mirəzyevanın atası hadisə bağlı polisə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az
Cəmiyyət
Suraxanı rayonunda iki avtomobilin toqquşması zamanı beş nəfər xəsarət alıb.   Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, Əmircan qəsəbəsi ərazisində “Mercedes” və “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki yaşlı Şəbiyeva Əsma Aydın qızı, dörd yaşlı Şəbiyev Hüseynəli Aydın oğlu və onların anası, 1992-ci il təvəllüdlü Şəbizadə Ülviyyə Yaşar qızı, eləcə də, 4 yaşlı Eyvazova Məsumə Hüseyn qızı və 1969-cu il təvəllüdlü Əbdülkərimo...
Hadisələr
Bakının Binəqədi rayonunda 11 yaşlı uşaq itkin düşüb. Bakucity.az Oxu.Az-a istinadən məlumat verir ki, oktyabrın 8-i səhər saat 10 radələrində Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1-də yaşayan 2008-ci il təvəllüdlü F.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onun anası Jalə Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinə ərizə ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır. Bakucity.az