Bakıda ana və qızını beysbol dəyənəyi ilə vəhşicəsinə döydülər

Bakıda ana və qızını beysbol dəyənəyi ilə vəhşicəsinə döydülər, Seymur

Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi baş verib.

Bakucity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə qeydə alınıb.

1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Bu zaman mənzildə onlar arasında mübahisə yaranıb.

Qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı ana qızını dəyənək döydülər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər