Bakıda qadının çantasından silah tapılıb

Bakıda qadının çantasından silah tapılıb

Oktyabrın 7-də paytaxtın Sabunçu rayonu ərazisindəki inzibati binaların birində qadının çantasından pnevmatik tapança və ona aid 3 ədəd patron aşkar edilib.

Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhər sakini P.Axundovanın çantasına Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən texniki qurğu vasitəsi ilə baxış keçirilib.

Müvafiq araşdırmaların aparılması üçün tapança və patronlar Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı qadın tapança
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər