Uşaqlar Bakı-Sumqayıt qatarını daşladılar

Uşaqlar Bakı-Sumqayıt qatarını daşladılar

Bakı-Sumqayıt qatarının şüşələri sındırılıb Dünən Bakı-Sumqayıt qatarı hərəkətdə olarkən şüşələri sındırılıb.

Bakucity.az Qafqazinfo-ya istinadən xəbər verir ki, elektrik qatarı Binəqədi rayonunun ərazisindən keçərkən kənardan atılan daşların pəncərələrə dəyməsi nəticəsində qatarın bir neçə vaqonunun şüşələri sınıb.

Araşdırma nəticəsində müəyyən olunub ki, qatarı daşlayanlar Rəsulzadə qəsəbə sakinləri – 12 yaşlı T. Və 11 yaşlı E.-dir.

Onların valideynlərinə xəbərdarlıq edilib.

Bakucity.az

Bakı Sumqayıt qatar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər