Bakıda ağır qəza - “xuliqanski” VAZ yararsız vəziyyətdə - FOTO

Bakıda ağır qəza - “xuliqanski” VAZ yararsız vəziyyətdə - FOTO , Seymur

Paytaxtın Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakucity.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Balaxanı qəsəbəsində qeydə alınıb. 

Üzərində “xuliqanski” yazılan 10-RM-526 dövlət qeydiyyat nömrəli “VAZ”, yolun əks istiqaməti ilə hərəkətdə olan “Opel” ilə toqquşub.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan Dadaşov Mehman 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olduğundan dərhal əməliyyata alınıb.

Bakıda ağır qəza - “xuliqanski” VAZ yararsız vəziyyətdə - FOTO , fotoşəkil-1 Bakıda ağır qəza - “xuliqanski” VAZ yararsız vəziyyətdə - FOTO , fotoşəkil-2 Bakıda ağır qəza - “xuliqanski” VAZ yararsız vəziyyətdə - FOTO , fotoşəkil-3 Bakıda ağır qəza - “xuliqanski” VAZ yararsız vəziyyətdə - FOTO , fotoşəkil-4

Bakucity.az

Bakı qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər