Bakıda sürücü sərnişini döyüb pulunu mənimsədi

Bakıda sürücü sərnişini döyüb pulunu mənimsədi, Seymur

Salyan rayon sakini Bakıda quldurluq hadisəsinin qurbanı olub.

Bakucity.az xəbər verir ki, bu barədə Oxu.Az-a Yasamal Rayon Polis İdarəsindən bildirilib.

Oktyabrın 7-də Salyan şəhər sakini, 1979-cu il təvəllüdlü Adışirinov Fikrət Yaqub oğlu polisə müraciət edərək ifadəsində 6 oktyabr saat 22:00-da ona hücum edildiyini deyib.

Onun sözlərinə görə, naməlum sürücü və sərnişinin hücumu zamanı o, Azərbaycan prospekti, 42 nömrəli binanın yaxınlığında “Mercedes” markalı avtomobildə olub. Təcavüzkarlar F.Adışirinovu döyərək onun 497 manatını qarət ediblər. Daha sonra zərərçəkmiş şəxsi maşından itələyib və aradah çıxıblar.

Araşdırma zamanı Yasamal rayon 26-cı polis bölməsinin əməkdaşları avtomobilin sahibi - Cəlilabad rayon sakini Piriyev Səxavət Məhərrəm oğlunu saxlayıblar. Güman edilir ki, Salyan sakininə hücumu təşkil edən məhz o olub.

Hazırda istintaq orqanları cinayətdə iştirak edən digər şəxsləri müəyyənləşdirirlər.

Bakucity.az

Bakı sürücü sərnişin döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər