Bakı sakinlərini zəhərləyən teplovozla bağlı rəsmi açıqlama - VİDEO

Son vaxtlar havaya çirkli maddələrin və qazların buraxılması ilə bağlı faktlar çoxalıb.Belə faktlardan biri də dəmir yolunda qeydə alınır.

Bakucity.az Baku.ws-ə istinadən xəbər verir ki, Biləcəridə hərəkət edən teplovoz havanı son dərəcə çirkləndirir. Həmin teplovoz hərəkət etdikcə havaya qatı tüstü buraxaraq ətrafda olan insanların sağlamlığına olduqca mənfi təsir göstərir.

Dəmir yolu işçilərindən öyrənilib ki, həmin teplovoz artıq istismar müddətini keçib. İndi onu təmir etsələr belə, yenə də havaya atılan tüstü əvvəlki kimi təmizlənməyəcək.

Bundan başqa, ölkəyə yeni teplovoz gətirilsə də, onlar müasir sistemlə təchiz olunduğu üçün Azərbaycanın dəmir yollarında tam gücü ilə işləyə bilmir:

“Həmin teplovozlar kompüter sistemi ilə çalışır. Onlar köhnə dəmir yolu xəttində hərəkət edərkən müəyyən problemlər yaranır”.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, videoda göstərilmiş teplovoz İmişlidən Bakıya təmir üçün gətirilib. Teplovoz təmir olunduqdan sonra geri qaytarılacaq.

Həmçinin qeyd olunub ki, “Azərbaycan Dəmir Yolları”nın “Evalution” tipli 10 ədəd yeni teplovozu hazırda tam gücü ilə çalışır.

Bakucity.az

Bakı teplovoz tüstü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...
Cəmiyyət
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi əlcəklərin istifadəsi ilə bağlı məlumat yayıb. BakuCity.az xəbər verir ki, məlumatda son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsinin gündəmdən düşmədiyi qeyd olunub. Bildirilib ki, bəzi vətəndaşların tibbi əlcəklərdən düzgün istifadə etməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılan “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub: "Bunu nəzərə alaraq əhali üçün akt...