Bakıda Küveytin Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya uğrayıb.
Bakucity.az "Report"a istinadən məlumat verir ki, hadisə Kövkəb Səfərəliyeva küçəsində baş verib.
1961-ci il təvəllüdlü Mehman Soltanov idarə etdiyi "90 RT 164" dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobillə qarşısında hərəkətdə olan 1971-ci il təvəllüdlü Camal Sultanovun idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə nəticəsində hər iki sürücü xəsarət alıb.
"Toyota" Küveyt dövlətinin Azərbaycandakı səfirliyinə məxsus xidməti avtomobildir.
Bakucity.az