Bakının “Zirə” klubu baş məşqçi ilə yolları ayırdı

Bakının “Zirə” klubu baş məşqçi ilə yolları ayırdı

Bu gün Bakının “Zirə” klubunun rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib.

Bakucity.az klubun saytına istinadən məlumat verir ki, görüş zamanı “Zirə”nin cari mövsümdə göstərdiyi oyun və əldə olunan nəticələr müzakirə olunub.

Müzakirələrin yekununda qarşılıqlı razılaşmaya əsasən, klubla baş məşqçi arasında müqaviləyə xitam verilməsi qərara alınıb. “Zirə” rəhbərliyi S.Abasova göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, S.Abasov ötən il avqustun 29-da “Zirə”nin baş məşqçisi təyin olunmuşdu. Qəsəbə təmsilçisi hazırda ölkə çempionatının 7 turundan sonra 5-ci sıradadır.

Bakucity.az

Bakı Zirə futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər