Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb - Helikopterlə axtarırlar

Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb - Helikopterlə axtarırlar

Bakıdan dənizə çıxan 4 balıqçı itkin düşüb.

Bakucity.az Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, 4 balıqçı oktyabrın 8-də gecə saatlarında Bakı şəhərinin Pirallahı rayonundan balıq tutmaq məqsədilə dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıb.

Axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Bakucity.az

Bakı balıqçı axtarış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər