Bakıda stadionun paltardəyişmə otağından pul, lotereya bileti oğurlandı

Bakıda stadionun paltardəyişmə otağından pul, lotereya bileti oğurlandı, Seymur

Bakıda stadionun paltardəyişmə otağında 2 nəfərin cibindən pul və lotereya bileti oğurlanıb.

Bakucity.az "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən stadionun paltardəyişmə otağında qeydə alınıb.

Belə ki, axşam saatlarında həmin stadionun paltardəyişmə otağında paltarlarını asan Fərrux Hüseynlinin cibindən 800 manat və 400 manat uduş olan lotoreya bileti, Orxan İbrahimlinin cibindən isə 83 manat pul oğurlanıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırma aparılır.

Bakucity.az

Bakı stadion oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər