Bakıda ağır qəza - ölən var

Bakıda ağır qəza - ölən var, Seymur

Paytaxtın Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakucity.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“VAZ” markalı minik avtomobili ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bakucity.az

Bakı qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər