Filipp Kirkorov Aygün Kazımova ilə birgə Bakıda klip çəkdirdi - FOTO/VİDEO

Filipp Kirkorov Aygün Kazımova ilə birgə Bakıda klip çəkdirdi - FOTO/VİDEO

Məşhur duetə çəkilən klip "Youtube"də təqim edilib

İnternetdə Azərbaycan və Rusiya pop musiqisinin iki super ulduzu Aygün Kazımova və Filipp Kirkorovun ötən yayın əsas hitlərindən olan “Jalma” duetinə çəkilən klip təqdim edilib. 

Bakucity.az xəbər verir ki, 30 və 31 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində Rusiya şou-biznesinin kralı Rusiya xalq artisti Filip Kirkorovun yeni solo konsertində Azərbaycanın xalq artisti Aygün Kazımova xüsusi ulduz qonaq olacaq.

Konsertdə F.Kirkorovun hitləri ilə birgə artistlər “Jalma” adlı mahnını birgə ifa edəcəklər. 

Xatırladaq ki, A.Kazımova və F.Kirkorov ilk dəfə bu dueti 13 il əvvəl azərbaycanlı divanın Moskva Kremlində 35 yaşına həsr olunmuş konsertində səsləndiriblər – mahnının yeni versiyası “Jara 2019” beynəlxalq musiqi festivalında ifa edilib və elə festival çərçivəsində mahnıya klip çəkilib. 

Məhz bu festivalda F. Kirkorov tezliklə Bakıdakı konsertləri haqda anons verib və A.Kazımovanı həmin konsertdə iştirak etməyə dəvət etdi. 

Xatırladaq ki, F. Kirkorov özünün yeni “#Tsvet nastroyeniya. Я+R” (#Əhvalın rəngi. Я+R) adlı canlı şousunu Bakı Konqres Mərkəzində təqdim edəcək. Şouda bənzərsiz transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 iştirakçı və 3D qrafikalı ekranlar yer alacaq.

Proqramdakı köhnə və yeni hitlər yeni tərzdə səslənəcək, bu genişmiqyaslı parlaq şounun “Əhvalın rəngi göydür” adlı əsas hiti isə müğənninin konsertə gələn pərəstişkarlarının əhval-ruhiyyələrinin əsas zəmanəti olacaq.

Fantastik dekorasiyalı canlı şou, güclü səs və heyrətamiz quruluş F.Kirkorovun Bakıdakı konserti haqqında bilmək lazım olan ən vacib məqamlardır. Artıq F.Kirkorovun yeni konsert proqramını görən hər kəs bunu fantastik adlandıraraq, rus ifaçılarının heç birinin əvvəl bunu etmədiyini bildiriblər.

Rusiya şou-biznesinin kralı Bakı pərəstişkarları üçün bir çox sürprizlər hazırlayıb. Təfərrüatlar konsertə yaxın elan ediləcək – “#Tsvet nastroyeniya. Я+R” (#Əhvalın rəngi. Я+R) şousuna biletlər artıq bütün şəhər kassalarında, həmçinin iTicket veb saytında onlayn satışdadır, onları aşağıdakı istinad ilə keçib əldə edə bilərsiniz.

Filipp Kirkorov Aygün Kazımova ilə birgə Bakıda klip çəkdirdi - FOTO/VİDEO, fotoşəkil-1 Filipp Kirkorov Aygün Kazımova ilə birgə Bakıda klip çəkdirdi - FOTO/VİDEO, fotoşəkil-2 Filipp Kirkorov Aygün Kazımova ilə birgə Bakıda klip çəkdirdi - FOTO/VİDEO, fotoşəkil-3 Filipp Kirkorov Aygün Kazımova ilə birgə Bakıda klip çəkdirdi - FOTO/VİDEO, fotoşəkil-4 Filipp Kirkorov Aygün Kazımova ilə birgə Bakıda klip çəkdirdi - FOTO/VİDEO, fotoşəkil-5

Bakucity.az

Bakı Flipp Aygün
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər