Bakıda ana itkin düşən qızını 9 ay sonra axtarışa verdi

Bakıda ana itkin düşən qızını 9 ay sonra axtarışa verdi, Seymur

Bakıda doqquz aydır itkin düşən 21 yaşlı qız axtarılır.

Bakucity.az-ın Report-a istinadən xəbərinə görə, hadisə bu ilin yanvar ayında paytaxtın Xətai rayonu ərazində baş verib. 

Belə ki, 1998-ci il təvəllüdlü Bahar Əzimova Neapol küçəsi ev 16 ünvanından çıxaraq bir daha geri qayıtmayıb. 

Lakin bu barədə qızın anası 9 aydan sonra, oktyabrın 7-də Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edib. 

Faktla bağlı araşdırma aparılır.

Bakucity.az

Bakı itkin qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər