Gülyanaq Məmmədova: Öncə aramızda söz-söhbət olub, sonra dostlaşmışıq

Bakucity.az-ın “Öz hekayəni danış” layihəsinin növbəti qonağı Xalq artisti Gülyanaq Məmmədovadır. 

Gülyanaq Məmmədova 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1992-ci ildə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsinə daxil olub. 

Musiqi məktəbini 1996-cı ildə bitirən Gülyanaq Məmmədova elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr və kino aktyoru” fakültəsində aktyor ixtisası üzrə təhsil almağa başlayıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

2004-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam kafedrasının müəllimi vəzifəsində çalışır. Ailəlidir. Dörd övladı – bir qızı üç oğlu var. 

Gülyanaq xanımla bu ay baş tutacaq konsertin məşq prosesindən sonra görüşdük. Yorğun olmasına baxmayaraq heç yerdə danışmadığı əhvalatları bizimlə bölüşüb. 

- Dostlarınız çoxdur?

- Dostlarım nə çox deyil, nə də az. Amma o, dostlar ki, mənim ən çox sevdiyim insanlardır, hamısı ilə öncə dava edib sonra dostlaşmışam. Onlardan biri hazırda ADMİU-da Tədris işləri üzrə prorektor, Əməkdar İncəsənət xadimi, professor  Validə Məmmədovadır. Universitetdə müəllimim olub. Bütün dərslərə girdiyim halda, necə olmuşdusa Validə xanımın dərsinə girməmişdim.

Buna görə aramızda böyük bir inciklik yaşandı. Sonra öz səhvimi başa düşdüm və ondan üzr istədim. Haqlı olaraq o, bunu gözləyirdi. Sonra Validə xanım mənim üçün ən doğma insanlardan birinə çevrildi. Müəllimlik təcrübəmdə bu məqamların rolu az deyil. Tələbənin gələcəyini gözəl görmək istəyən müəllim Validə xanım kimi olmalıdır. 

Magistr təhsili aldığım vaxtlarda isə elmi rəhbərim, çox zərif, incə qəlbli Məryəm xanımla davam düşmüşdü. Gənclik illərində insan bəzi məqamları unudur. Şöhrət səni alıb aparır, elə bilirsən sevilməklə, efirlərdə görsənməklə hər şey tamamlanır və hər kəs səni eqolarınla birlikdə qəbul etməlidir. Yəni, hər vaxtın, hər zamanın öz xarakteri olur (gülür). Söhbət 1993/2002-ci illərdən gedir.

- Mübahisə bu dəfə nəyə görə yaranmışdı? 

- Məryəm xanımla mübahisəm elmi işimə görə düşmüşdü. Cəmi 12 səhifəlik elmi iş yazmışdım, hansı ki, azı 40 səhifə olmalı idi. Üstəlik bircə dəfə də olsa Məryəm xanımla məsləhətləşməmişdim.

O, da alıb oxudu və dedi ki, bu heç nəyə yaramır. Düz də deyirdi. Magistr təhsili alırdım, üstəlik Əməkdar artist idim. Çox yaxşı oxumalı, elmi işimi daha geniş, daha əhatəli, gözəl yazmalı idim. Bir sözlə, 12 səhifəlik yazını atdı bir kənara və dedi get zəhmət çək daha yaxşı yaz. Sonra başladım elmi rəhbərimin bütün məsləhətlərinə əməl etməyə. O, da gördü az-çox sevilirəm, çox da şöhrətpərəst deyiləm, biraz da etdiyim hərəkətdən utancaqlığım var, basdı məni bağrına, dostlaşdıq.

Həmçinin oxu: Gülyaz və Gülyanaq Məmmədovaların konserti təxirə salınacaq? - AÇIQLAMA

Bu elm, bu savad mənə lazım idi və bunu müəllimlərimin səyi nəticəsində əldə edə bildim. Müəllimlərim hamısı elmlər doktoru, professor adamlar idi və əziyyətlə bu yerlərə çatmışdılar. Çox sağ olsunlar ki, sadəcə Əməkdar artist idim deyə mənə qiymət yazmadılar. Məni ağıllandırdılar, savadlandırdılar, bir növ dayaq durdular mənə. İndi bu insanları görəndə elə bilirəm ən əziz, ən doğma adamlarımı görürəm. Bunlar bütün həyatım boyu məni tərbiyələndirən, örnək verən hadisələrdir. Artıq neçə il keçib üstündən, amma unutmamışam.

- Deyəsən siyahınız uzundur? (gülür)

- Belə hadisələr çoxdur. 1994-1995-ci illərdə Avropa ölkələrinə ilk səfərlərim başladı. O vaxt bu, gənc qız, müğənni üçün çox çətin məsələ idi. Ustadım Kamil Vəzirov məni yanına çağırdı, dedi məşqlərə gəl, yaxşı hazırlaş səni İsveçə “Malmö” festivalına aparacağam. Festivalda 40 min insanın qarşısında etdim.

Amma gedə-getdə mənə dedilər ki, sənə milli paltar lazımdır. Arayıb-axtarıb tapdıq. Qastrol çərçivəsində konsert proqramları ilə Malmödən Stokholma, oradan da Höteborqa getdik. Hardasa yarım ay mən o milli paltarı sahibindən icazəsiz geyindim. Paltar da rəqqasə Sevinc xanımın imiş.

O vaxt deyəsən yoldaşı Sənan bəylə nişanlı idilər və Dövlət Rəqs ansanblında çalışırdılar. Qayıdanda bir dava-qırğın düşdü gəl görəsiniz. Düzü, biraz da mən əsib-coşdum, amma sonra başa düşdüm ki, səhv eləmişəm. Bu paltar hardan gəlib, kimindir deyə maraqlanmalı idim? Üstəlik, Dövlət Rəqs Ansabılının hər gün tədbiri olurdu. Bu söz-söhbətdən sonra onlarda başa düşdülər ki, mən də paltarı məsələnin ciddiliyinə varmadan aparmışam. 

Başladıq bir-birimizdən üzürxahlıq etməyə. Onlar dedi biz səhv eləmişik dava etməkdə, mən dedim yox, mən səhv eləmişəm paltarı aparmaqda. Bu dava-dalaş da mənə növbəti dostlarımı qazandırdı. Bu insanların nişanına da, toyuna da getdim, ailə üzvləri kimi iştirak elədim. Sonra dəvət elədilər evlərinə, gedib qonaqları oldum, çörək kəsdik. Bu şəkildə, mənim üçün ən əziz, ən doğma insanlara çevrildilər.

“Savaşıb-barışdığım, ardınca dostluq etdiyim insanların arasında AZTV-nin əməkdaşı Çingiz müəllim də var”

Çingizi görəndə üzümü çevirirdim. Mənə heç nə etməmişdi. 1993-1994-cü illərdə bacım Gülyaz xanım Teleteatrda “mahur dəstgahı” yazdırdı. Dövlət televiziyasının əməkdaşları Salman müəllimlə Çingiz müəllim bunu birdəfəyə yazdılar. O vaxt Gülyazın “Muğam axşamları” proqramında 30 dəqiqəlik çıxışı olmalı idi və dəstgahı 28 dəqiqəyə oxuyub təhvil vermişdi. Səsyazmanı dinləyəndə məlum oldu ki, rejissor kamançanın səsini yazdırmayıb.

Əslində Çingiz müəllimin günahı yox idi, amma mən bu kini öz aləmimdə illərcə bəslədim. 1995-ci ildə mənə Qənbər Hüseynlinin “Mən nə bilim insafsızsan sən yaman” mahnısına klip kimi bir video çəkiliş də hədiyyə etdilər. Bir dəfə də məni çağırdılar ki, “Naxçıvan” mahnısını oxu çəkək.

Mahnı köhnə valda idi, səs güclə, xırıltılı gəlirdi, bilmədim Zeynəb Xanlarova oxumuşdu, yoxsa Nisə Qasımova. Bu insanlar səsimə, sənətimə dəyər verirdilər, sonradan dərk etdim. Hərdən Çingiz müəllim deyir Gülyanaq o vaxt səni bəyənmirdim, indi daha yaxşı oxuyursan. Mən də deyirəm heç mən də sizi xoşlamırdım, indi görürəm çox gözəl ürəyiniz var (gülür). 

Salman müəllimin həyat yoldaşı isə Dövlət televiziyasının nəznində “Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrı”da piano ifaçısı idi. Ailəlikcə yaxın olduq. Çingiz müəllimin xanımı ilə də yaxınıq.  Ömür, sənət yolunda insan o qədər çox şey görür ki, yaxşını pisdən ayırmağa başlayır. 

- Tələbələrinizlə aranız necədir?

- Tələbələrimə muğamı tədris etməklə yanaşı onların təlim-tərbiyyəsi ilə də məşğul oluram. Uğurlu-uğursuz addımlarımla belə görüb-götürdüklərimi, həyat məktəbindən öyrəndiklərimi tələbələrimlə bölüşürəm. Başa salmağa çalışıram ki, sənət yolunda həm mədəniyyətli, həm ləyaqətli, həm də çox istedadlı olmaq lazımdır. Yəni, gözəl ifaçı olmala yanaşı, həm də gözəl ailə başçısı olmaq lazımdır. Azərbaycanlıyıq və bizim milli-mənəvi dəyərlərimiz var. Muğamın özündə də bir dəyər, mədəniyyət, ləyaqət, tərbiyyə var. Muğam ifaçısının ləyaqəti də gözəl olmalıdır.  Mən də bir müəllim olaraq bunun üçün çalışıram və şükürlər olsun ki, indi hərtərəfli yaxşı gənclərimiz çoxdur. 

- Oxuduğunuz toy məclislərində dava düşüb? 

- Bir dəfə Zərdaba toya getmişdik, amma toydan çox konsertə oxşayırdı. Mini disk (fonoqram) aparatına əl də vurmadıq. Qəfildən bir nəfər xanımı ilə birlikdə yaxınlaşdı. Dedi, Gülyanaq xanım, siz oxuyanda mən televizoru söndürürdüm. İndi sizin oxumağınızı, mədəniyyətinizi gördüm və sizdən çox-çox üzr istəyirəm. Elə bunu eşitmişdim ki, bir nəfər mikrafonu götürüb bir mahnı xahiş elədi, ardınca da dedi ki, bu fonoqramı yığışdırın. Kişi belə deyib getdi.

Bunun ardınca səliqəli geyimdə iki gənc oğlan gəldi, bəy-gəlini təbrik elədilər və oğlanlardan biri məndən “Dodağına gülüş qonub” mahnısını fonoqramsız oxumağımı xahiş etdi. Dəli olmadımmı? Durdum ayağa, dedim ay camaat, mən “ha bu ağzoozun içində səhərdən indiyənə kimi əziyyət çəkib canlı oxumurammı?! Niyə məni cin atına mindirirsiniz?!

Rəhmətlik saz ifaçısı Əbülfət Məmmədov gördü çox əsəbləşmişəm, mikrofonu götürüb dedi ay camaat bu Gülyanaq xanım danışır haaa, ha indi o da fonoqramdı, bilmirsooz? Bundan sonra bir alqış başladı, milləti ortaya tökdük başladıq oxuyub-oynamağa. Toyun sonunda həmin o yoldaşı ilə gəlib üzr istəyən adam maşına qədər məni yola saldı, amma o fonoqramı yığışdırın deyəni tapa bilmədim (gülür).

Qeyd edək ki, Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları bu ayın 30-da Heydər Əliyev Sarayında “İki qəlbin nəğməsi” adlı konsert proqramı ilə çıxış edəcəklər. Bu Xalq artistlərinin sarayda ilk konsertidir.

Ramilə Qardaşxanqızı

Bakucity.az

Gülyanaq Məmmədova qonaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Siyasət
Avropa komissarı da gələcək  Fevralın 28-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının VI iclası keçiriləcək. Energetika Nazirliyindən BakuCity.az-a bildirilib ki, sözügedən tədbirdə iştirak etmək məqsədilə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun da Azərbaycana səfər edəcəyi gözlənilir. Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" "Şahdəniz-2" yatağından hasil olunan Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün boru kəmər...
Hadisələr
Ərazi polislər tərəfindən mühasirəyə alınıb Bakı şəhərinin Binəqədi rayonunda əl qumbarası tapılıb. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) BakuCity.az-a verilən məlumata görə, yanvarın 22-si saat 13:34-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 13:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən 9...
Cəmiyyət
Rezidenturaya qəbulun birinci mərhələsi aprelin 19-da keçiriləcək 2020-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub DİM-dən BakuCity.az-a verilən məlumata görə, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanlar...
Cəmiyyət
"Jeep" əks yola çıxıb Bakıda 90-VH-607 dövlət nömrə nişanlı, “Jeep” markalı avtomobil əks yola çıxmağına peşman olub.  BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Niva” markalı avtomobilin sürücüsü həmin şəxsi qaydaları pozduğuna görə peşman edib.  Avtomobillər bir neçə dəqiqə yolun ortasında hərəkətsiz dayanıb. Daha sonra “Jeep” qismən sağa manevr edərək “Niva”ya yol verməli olub. BakuCity.az
Cəmiyyət
"Çox təəssüf, işçi heyətimizin sayına yenidən baxmalı olacağıq" "Müəssisəmiz son illərdə külli miqdarda zərərlə fəaliyyət göstərir”. BakuCity.az xəbər verir ki, Bunu Qaynarinfo-ya "Azərsun Holdinq” MMC-dən İmişli Şəkər Zavodunda 500 fəhlənin işdən çıxarılmasına münasibət bildirilərkən deyilib. Holdinq bəyan edir ki, "Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin İmişli rayonunda yerləşən şəkər emalı zavodu ciddi böhran vəziyyəti ilə qarşılaşıb: "Belə ki, 20...
Kriminal
Avtobuslarda da cibgirlik edib Daxili İşlər Nazirliyinin (DİN) xəstəxanada körpədən telefonu alıb aparan şəxsin görüntüsünü yayıb. DİN-in Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Cinayət Axtarış İdarəsi və Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, vaqonlarda və platformalarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Keçirilən əməliyyat...
Cəmiyyət
Avtobuslarda xüsusi mexanizm quraşdırılıb 199 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaya 12 metrlik "İsuzu Citiport" markalı avtobuslar cəlb ediləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, agentliyin tələbinə əsasən, “Xaliq Faiqoğlu” şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 20 ədədini 12 metrlik "İsuzu Citiport" markalı nəqliyyat vasitəsi ilə əvəz edib. Sərnişindaşıma tələblərinə cavab verən avtobuslar s...
Mədəniyyət
Mahnının xronometrajı maksimum 3 dəqiqə olmalıdır "Eurovision" mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb. İctimai Televiziya və Radio Yayımları Şirkətindən BakuCity.az-a bildirilib ki, “Eurovision - 2020” üçün mahnı seçimində iştirak etmək istəyənlər 7 fevrala qədər öz mahnılarını [email protected] elektron ünvanına və ya (050) 235 85 65 whatsapp nömrəsinə göndərə bilərlər. Azərbaycan üzrə rəsmi y...
Cəmiyyət
Satışına məhdudiyyət qoyulmuş həblər tapılıb Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar. Bu barədə BakuCity.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər saki...