Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakucity.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, oktyabrın 8-də saat 11 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Bakı şəhər sakini Elvin İsmayılov idarə etdiyi mopedi işıq dirəyinə vurub və aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az