Bakıda daha bir dəhşət - Kişi arvadına 18 bıçaq zərbəsi vurdu

Bakıda daha bir dəhşət - Kişi arvadına 18 bıçaq zərbəsi vurdu

Bakıda daha bir qadın əri tərəfindən qətlə yetirilib. 

Bakucity.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, 39 yaşlı İlham Əkbərov Nizami rayonunda yaşadığı evdə arvadı, 36 yaşlı Cəvahiri qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Onun arvadına 18 bıçaq zərbəsi vurduğu bildirilir. İ.Əkbərov hadisə yerindən qaçaraq Şəkiyə gedib. Nizami və Şəki polisinin birgə əməliyyatı nəticəsində saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb. 

Qeyd edək ki, son zamanlar Bakıda ailə münaqişəsi zəminində bir neçə cinayət hadisəsi qeydə alınıb. Oktyabrın 6-da “Avtovağzal” metrostansiyası yaxınlığında baş verən belə hadisələrin birində Nicat Abdullayev 20 bıçaq zərbəsi vuraraq həyat yoldaşı Leyla Abdullayevanı qətlə yetirib.

Bakucity.az

Bakı qətl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər