Yol verin: Təcili yardım niyə təcili gələ bilmir?

Yəqin hər birimiz təcili tibbi yardımın, yanğınsöndürmə xidmətinin işıqforun qırmızı işığında durması və yaxud nəqliyyatın sıx olduğu ərazilərdə tıxaca düşməsinin şahidi olmuşuq.

Bəs bu halların qarşısını almaq üçün hansı tədbirlər görülür? 

Bakucity.az mövzu ətrafında kiçik araşdırma aparıb və məsələyə aidiyyətı qurumların rəsmilərinin münasibətini öyrənib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, insanların ictimai nəqliyyatdan istifadəyə marağını artırmaq üçün ilk dəfə Bakıda xüsusi hərəkət zolaqları təşkil edilib. 

“Bunun özü BNA-nın şəhər nəqliyyat sisteminə gətirdiyi yeniliklərdən idi. 

Belə zolaqlar ilk dəfə Füzuli küçəsində, daha sonra Yusif Səfərov küçəsində və Babək prospektində çəkildi. Sözügedən zolaqlardan zərurət olduğu halda operativ nəqliyyat vasitələri də istifadə edə bilərlər. 

Bu istiqamətdə işlər davam etdiriləcək. Məqsəd xüsusi hərəkət zolaqlarının əhatə dairəsini genişləndirmək və şəbəkə halına gətirməkdir. Lakin təəssüf ki, bu zolaqlar təyinatı üzrə istifadə olunmur. Hesab edirəm ki, burda DYP tərəfindən zolaqların tələbinə əməl edilməsinə nəzarət gücləndirilməlidir. Bir daha vurğulamaq istərdim ki, xüsusi hərəkət zolaqları insanların ictimai nəqliyyatdan istifadəsinə marağı artırır ki, bu da həm yollarda sıxlığın aradan qaldırılması həm də şəhərimizin ekoloji durumunun yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Həmçinin oxu: Bakıda taksilərə qadağa - “20 Yanvar”da saxlaya bilməyəcəklər

Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, məsələ barədə mütəmadi olaraq təbliğat aparılır.

“Hökümət və qeyri-hökümət təşkilatları ilə birgə sosial roliklər də çəkmişik. Təhlükəsizlik qaydalarının sürücü və hərəkət iştirakçılarının yaddaşında uzun müddət qalmaq üçün bütün profilaktik tədbirlər də keçirmişik. 

Hesab edirəm ki, yanğınsöndürmə, təcili tibbi yardım, polis maşınlarının hadisə yerinə təcili getməsi lazım olursa, bir çox sürücülər yol verirlər, onların hərəkətinə şərait yaradırlar. 

Lakin, əgər keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinin sürücüləri çağırışa getdikləri zaman qırmızı işıqda dururlarsa, təcrübə azlığından qəza şəraiti yaratmaqdan qorxurlarsa, özləri vəziyyətdən asılı olaraq hərəkət edirlər. 

Biz onların işinə qarışa bilmərik. Qanunla qırmızı işıq yanırsa, onlar dayanmalıdır, çünki əks halda qəza yarada bilərlər. Təbii ki, çağırışa gedən nəqliyyatın sürücüsü təcili olaraq hadisə baş verən yerə çatmalıdırsa, onun üçün işıqfor olmamalıdır. Xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verib hərəkət etməlidir, ancaq maşınların dayanıb ona yol verməsinə diqqət etməlidir. 

Yəni dediyim budur ki, həmin xidməti avtomobilin sürücüsü qırmızı işıqda dayanıb gözləyirsə, demək ki, digər avtomobillərin ona yola verib-verməyəcəyindən tam əmin deyil. 

Həqiqətən, təbliğatı çox vacib bir mövzuya toxunmusuz. Maarifləndirmə xarakterli görülən işlər, profilaktik söhbətlər, aparılan görüşlər bunu deməyimə əsas verir ki, 80% hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələrinin hərəkətinə əksər hallarda sürücülər də, piyadalar da yol verir. Sadəcə, bəzi ərazilərdə həddindən artıq süni sıxlıq yaşanır və hətta bu sıxlıq zamanını nəzərdə saxlayan sosial roliklərimiz var. Sürücülər belə vəziyyətdə də avtomobillərini sola-sağa çəkməklə təcili yardım maşınları üçün yol açırlar. 

Qeyd edək ki, İnzibati Xətalar məcəlləsinin 29-cu fəslinin 331-ci maddəsində əsasən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə yüz manat məbləğində cərimə edilir.

Arzu Murad

Bakucity.az

Bakı sürücü təcili tibbi yardım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...
Cəmiyyət
"Xudafərin" hidroqovşağının əhəmiyyəti. Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. BakuCity.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib. P.Şahbazov bildirib ki, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə...
Cəmiyyət
Paytaxtın bəzi küçələrində tıxac yaranıb. Səhər saat 9 radələrindən Qara Qarayev prospekti-Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən xəbərə görə, nəticədə Q.Qarayev-Koroğlu-28 May və Q.Qarayev-20 Yanvar dairəsi istqamətində bütün müntəzəm və ekspres xətt avtobuslarının hərəkət intervalında gecikmələr yaranıb. BakuCity.az