Bakıda velosiped yolları salınır - VİDEO

Bakıda velosiped yolları salınır - VİDEO, Seymur

Bakı küçələrində velosiped yollarının hazırlanmasına başlanılıb.

Bakucity.az-ın Report-a istinadən xəbərinə görə, paytaxtın bütün mərkəzi küçələrində nəzərdə tutulan veloyolların hazırlanması işlərinə şəhərin mərkəzində, Puşkin bağının yanında start verilib.

Bir istiqamətdə eni 1.50 sm – ikitərəfli istiqamətdə isə eni 3 metr olan veloyol dünya standartları səviyyəsində qurulur. Yolda gözdən əlillərin hərəkəti də nəzərə alınıb. 

Belə ki, veloyollarda sarı rəngli keramika və qranitdən istifadə olunub. Habelə, yol nişanlarının qoyulması da nəzərdə tutulur.

Bakucity.az

Bakı velosiped yolu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər