Paytaxtın Nərimanov rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakucity.az Publika.az-a istinadən xəbər verir ki, Atatürk prospekti ilə F.X.Xoyski küçəsini birləşdirən tuneldə sürət həddini aşan “Hyundai H100” markalı yük maşını divara çırpılıb.
Sürücünün idarəetməsindən çıxan avtomobil aşaraq yolun hərəkət hissəsində qalıb.
Qeyd edək ki, sərt döngə formasında inşa edilmiş tuneldə hərəkət sürətini qorumaq çox vacibdir və əks halda bu tipli hadisələr qaçılmaz ola bilər.
Hadisə yerindən çəkilmiş görüntünü təqdim edirik.