Bakıda ən çox məcburi köçkünün yaşadığı rayon açıqlanıb

Bakıda ən çox məcburi köçkünün yaşadığı rayon açıqlanıb, Seymur

“Bakı şəhərindəki yataqxanalarla bağlı yaradılan komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub”.

Bakucity.az Report-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, komissiya yataqxanalarda elektrik naqillərinin vəziyyətini də yoxlayıb: 

“Baş nazirin müavini Əli Əhmədovla birlikdə bununla bağlı üç dəfə geniş iclas keçirilib. Hazırda bu komissiyanın rəyi Nazirlər Kabinetinə təqdim olunub”.

R.Rzayev qeyd edib ki, Bakıda ailə sayına görə ən çox məcburi köçkün Binəqədi rayonunda yaşayır. 

Bakucity.az

Bakı məcburi köçkün
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər