Bakıda sabaha gözlənilən hava proqnozu açıqlandı

Bakıda sabaha gözlənilən hava proqnozu açıqlandı

Oktyabrın 11-də Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. 

Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.

Bakucity.az

Bakı hava
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər