Bakının bir hissəsi qazsız qalacaq

Bakının bir hissəsi qazsız qalacaq, Seymur

Oktyabrın 11-də paytaxtın Xətai rayonunun bəzi hissələrində təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Bakucity.az-a “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilir ki, səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Xətai rayonu, H.Aslanov, NZS qəsəbələri, K.Kərimov, D.Səfərov və M.Davud küçələrində bir qrup abonentin qaz təminatında fasilə yaranacaq. 

Bu zaman rayonun Ş.Məmmədov küçəsində orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, M.Rüstəmov küçəsi 2 ünvanında quraşdırma işləri icra olunacaq.

Bakucity.az

Bakı qaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər