12:19, 11 oktyabr 2019

Bakıda təhsil sərgisi - FOTOREPORTAJ

Bakıda təhsil sərgisi - FOTOREPORTAJ

Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçirilir.

Bakucity.az-ın xəbərinə görə, sərgidə ümumilikdə 22 ölkədən 150 təhsil strukturu iştirak edir.

Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.

Sərgiyə giriş 9-11-ci sinif şagirdləri, abituriyent, tələbə və onların valideynləri, təhsil işçiləri üçün açıqdır.

Foto: Nicat Alili

Bakucity.az

Bakucity.az

#Bakı #təhsil #sərgi

Şərhlər

Elan
live comments feed...