13:04, 11 oktyabr 2019

Sabah Bakıda güclü külək əsəcək

Sabah Bakıda güclü külək əsəcək

Oktyabrın 12-də Bakıda  havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 16-18, gündüz 20-22 dərəcə isti təşkil edəcək. 

Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Bakucity.az

#Bakı #külək

Şərhlər

Elan
live comments feed...