Konsertə hazırlıq davam edir
Türkiyənin ən yaxşı rok qruplarından olan “Duman” uzun illər sonra Bakıda konsert verəcək.
Bakucity.az xəbər verir ki, konsert “Pera Group”un təşkilatçılığı ilə 26 oktyabr, saat 19:00-da "Elektra Events Hall"da gerçəkləşəcək.
Əyləncəli və coşğulu səhnə əsərləri ilə tanınan və 2000-ci illərin əvvəllərindən bəri gənclərin sevimlisinə çevrilən qrup son albomu "Darmaduman" ilə Bakılı pərəstişkarları ilə görüşə hazırlaşır.
Konsertə bilet qiymətləri 50 - 175 AZN arasında dəyişir.
Biletləri şəhərin bütün kassalarından - “Park Bulvar”, “28 Mall” və “Ganjlik Mall” ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az saytından əldə edə bilərsiniz.
Əlavə məlumat üçün: 050 809 87 37 (Whatsapp & Telegram)
Qeyd edək ki, konsertin informasiya tərəfdaşı Bakucity.az saytıdır.
Bakucity.az