Bakıda tələbə qızı maşınla vurub öldürdülər, sürücü polis işçisi olub - YENİLƏNİB + FOTO

Bakıda tələbə qızı maşınla vurub öldürdülər, sürücü polis işçisi olub - YENİLƏNİB + FOTO

Oktyabrın 9-u saat 07 radələrində Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində tələbə qızı maşınla vurub öldürən şəxsin kimliyi açıqlanıb.

Bakucity.az Baku.ws-ə istinadən məlumat verir ki, BMW markalı, 90 DH 530 dövlət nömrə nişanlı avtomobili A.Ağayev idarə edib.

O, sabiq polis əməkdaşıdır. Hazırda həmin şəxs təqaüddədir.

Xatırladaq ki, piyada - Solmaz Abdullayeva xəstəxanaya aparılarkən yolda ölüb.

14:14

Oktyabrın 9-da Müşfiqabad qəsəbəsi ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakucity.az Baku.ws-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Solmaz Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyat” fakultəsində təhsil alırdı.

Bakıda tələbə qızı maşınla vurub öldürdülər, sürücü polis işçisi olub - YENİLƏNİB + FOTO, fotoşəkil-1 Bakıda tələbə qızı maşınla vurub öldürdülər, sürücü polis işçisi olub - YENİLƏNİB + FOTO, fotoşəkil-2 Bakıda tələbə qızı maşınla vurub öldürdülər, sürücü polis işçisi olub - YENİLƏNİB + FOTO, fotoşəkil-3 Bakıda tələbə qızı maşınla vurub öldürdülər, sürücü polis işçisi olub - YENİLƏNİB + FOTO, fotoşəkil-4 Bakıda tələbə qızı maşınla vurub öldürdülər, sürücü polis işçisi olub - YENİLƏNİB + FOTO, fotoşəkil-5

Bakucity.az

Bakı tələbə qız
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər