Bakıda “Müstəqil Rəcəb” saxta içkilər istehsal edir

Bakıda “Müstəqil Rəcəb” saxta içkilər istehsal edir, Seymur

Bakının Səbail Rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları saxta spirtli içki istehsalı ilə bağlı daha bir fakt aşkarlayıblar.

Bakucity.az xəbər verir ki, bu barədə Oxu.Az-a idarədən bildiriblər.

Aparılan istintaq-axtarış tədbirləri nəticəsində “Müstəqil Rəcəb” MMC-yə məxsus, Bakı şəhər sakininin idarə etdiyi “Volkswagen” yük avtomobilindən saxta olan 456 ədəd araq, 150 ədəd viski aşkar olunaraq götürülüb. 

Hazırda araşdırma aparılır. Sahə müstəntiqləri saxta məhsul istehsalının yerini müəyyənləşdirməyə çalışırlar.

Bakucity.az

Bakı saxta içki
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər