Bakıda avtomobil qadını keçiddə vurub bir neçə metr kənara atdı - VİDEO

Bakıda avtomobil qadını keçiddə vurub bir neçə metr kənara atdı - VİDEO, Seymur

Bakıda avtomobil piyada keçidində qadını vurub.

Bakucity.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülər təxminən bir ay əvvəl Bakı şəhərində çəkilib.

Nizamlanan piyada keçidindən yol avtomobillərin olsa da, qadın yolu keçməyə çalışır. Bu zaman o, avtomobilllə vurulmaqdan canını qurtarsa da, geri qayıtmaq əvəzinə, qaçaraq irəli atılır. Bu vaxt onu görməyən digər avtomobilin sürücüsü qadını vurur.

Zərbənin gücündən qadın bir neçə metr kənara düşərək yıxılır, əlindəki telefonu da kənara düşür. Amma xoşbəxtlikdən qadın ciddi xəsarət almır, o, yerindən qalxır və heç nə olmamış kimi yoluna davam edir.

Bakucity.az

Bakı yol qəzası piyada keçidi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər