Bakıda bu yol 4 gün bağlı olacaq

Bakıda bu yol 4 gün bağlı olacaq

Bakıda avtomobil yollarından birində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bakucity.az-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq oktyabrın 13-dən 14-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq.

Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakucity.az

Bakı yol təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər