Bakıda liseydə müəllim çatışmazlığı var

Bakıda liseydə müəllim çatışmazlığı var

Bakı Şəhər Təhsil İdarəsi 16 nömrəli Texniki-Humanitar Liseydə dərs şəraiti, bir neçə fənn üzrə müəllimlərin olmaması ilə bağlı valideynlərin narazılığına münasibət bildirib.

Bakucity.az-ın məlumatına görə, idarədən “Qafqazinfo”ya bildirilib ki, tədrisin digər dildə aparıldığı bölmədə vakant olan kimya, fizika və informatika fənləri üzrə dərs saatları müəllimlərin işə qəbulu üzrə müsabiqə çərçivəsində elektron sistemə daxil edilsə də, həmin yerlər tutulmayıb.

Qeyd olunub ki, buna baxmayaraq, kadr ehtiyacının təmin edilməsi istiqamətində zəruri tədbirlər görülüb, liseydə tədrisin digər dildə aparıldığı bölmə üzrə fizika və kimya fənlərindən dərs saatlarının əvəzçilik qaydasında tədrisi üçün digər məktəblərdən müəllimlər cəlb olunub, informatika fənnini isə məktəbin riyaziyyat müəllimi əvəzçilik qaydasında tədris edir:

"Hər hansı digər məqamlarla bağlı valideynləri narahat edən məsələlər olarsa, müraciətlər əsasında araşdırılıb aydınlıq gətiriləcək".

Bakucity.az

Bakı lisey müəllim
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər