Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores Bakıda avtomobil qəzasına düşüb.
Bakucity.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin mərkəzində, Səbail rayonu ərazisində baş verib.
58 yaşlı səfirin sürdüyü BMW markalı avtomobil Şükür Soltanovun idarə etdiyi "Toyota" ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Səfirin idarə etdiyi avtomobil Meksika səfirliyinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Bakucity.az