• Ana səhifə
  • Bakıda bu ərazilərdə mənzillər bahalaşıb – AÇIQLAMA
10:13, 12 oktyabr 2019

Bakıda bu ərazilərdə mənzillər bahalaşıb – AÇIQLAMA

 Bakıda bu ərazilərdə mənzillər bahalaşıb – AÇIQLAMA

Bahalaşma əsasən paytaxtın mərkəzi küçələrində müşahidə olunur.

Bakıda ilkin mənzil bazarında sentyabr ayı ərzində 0,26 faiz bahalaşma olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,32 faiz artım deməkdir.

Bu barədə Bakucity.az-a açıqlamasında daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

“Bahalaşma Bakıda əsasən 1, 5, 6.2, 6.3, 10.3-cü zonalarda müşahidə olunur. Yeni tikililərdə birotaqlı mənzillərin qiymətində 3,5 faiz, 4 otaqqlı mənzillərin qiymətində isə 4,1 faiz artım var. İkiotaqlı mənzillər isə 1,08 faiz ucuzlaşıb”, -  deyə N. İbrahimov bilidirib.

Ekspert qiymətlərin bahalaşmasını bu sahə üzrə struktur dəyişikliyi və ilkin mənzil bazarında təklif qıtlığı ilə əlaqələndirib.

Ramilə Qardaşxanqızı

Bakucity.az

#Bakı #mənzil #bazarı

Şərhlər

Elan
live comments feed...